Azərbaycanın hakim-inspektoru Avropa çempionatının oyununa təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli növbəti dəfə təyinat alıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, futzal üzrə Avropa çempionatının əsas mərhələsinin İtaliya - Belarus oyununda iş başında olacaq.

İkinci qrupun birinci turu çərçivəsində keçiriləcək qarşılaşma yanvarın 30-da Kataniyada baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə