“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bölgə təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, komanda yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmamızın sabiq üzvü olan futbolçu ilə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı oyunçu Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə