“Barselona”nın hücumçusu Lamin Yamal ümumi qrupda məşqlərə qayıdıb. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, sağ topuqdan zələlənən 17 yaşlı futbolçu sağalmanın son mərhələsidir. Onun dekabrın 15-də İspaniya çempionatının 17-ci turunun “Leqanes”lə oyununda iştirak edəcək.
İspan futbolçunun buna qədər yanvarın 8-də Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkubokunun yarımfinalında “Barselona”nın heyətində çıxış edə biləcəyi də gözlənilir.
Qeyd edək ki, bu mövsüm 17 yaşlı Yamal klubda bütün yarışlarda 21 oyun keçirib, 6 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə