Basketbol üzrə Avroliqada növbəti oyunlar keçirilib. SİA xəbər verir ki, Yunanıstan təmsilçisi "Olimpiakos" səfərdə Litvanın "Zalgiris" klubunu 92:85 hesabı ilə məğlub edib.
Fransa "Monako"su Almaniya "Alba Berlin"inə qalib gəlib - 105:90.
"Olimpia Milan" (İtaliya) "Lion-Villeurbanne" (Fransa) üzərində qələbəyə (75:66) sevinib.
İspaniyanın "Baskonia" kollektivi isə Serbiyanın "Srvena Zvezda" komandasına 73:75 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə