Azərbaycan Güləş Federasiyası Gəncədə seçimlərə başlayacaq

Azərbaycan Güləş Federasiyası Gəncədə seçimlərə başlayacaq

Azərbaycan Güləş Federasiyası Gəncədə seçimlərə başlayacaq. SİA xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 10-12 yaşlı uşaqların sərbəst güləş məşqlərinə qəbuluna start verilir. Seçimlər yanvarın 3-5-i aralığında Gəncə İdman Sarayında həyata keçiriləcək.

Yanvarın 6-dan isə həftənin altı günü ödənişsiz məşqlər baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə