İspaniyanın "Real" klubu iki yarımmüdafiəçi ilə maraqlanır. SİA xəbər verir ki, Madrid təmsilçisi Almaniyanın "Bavariya" komandasında çıxış edən Yozua Kimmixlə maraqlanır.
"Kral klubu" mövsümün sonunda müqaviləsinin müddəti bitəcək almaniyalı futbolçunun durumunu yaxından izləyir.
Bundan əlavə, "Real Sosyedad"da çıxış edən Martin Subimendi də ölkə çempionunun diqqət mərkəzindədir. Onun hazırkı sözləşməsinin müddəti isə 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə