IX turun daha iki oyunu bu gün keçiriləcək

Azərbaycan Basketbol Liqasında bu gün IX turun daha iki oyunu keçiriləcək. SİA-nın məlumatına görə, ilk olaraq B qrupunda qərarlaşan "Ordu" "Lənkəran"la üz-üzə gələcək.

Bölgə təmsilçisi 10 xalla beşinci, "Ordu" 13 xalla üçüncü pillədə qərarlaşıb.

A qrupunda isə "Neftçi" və "Sərhədçi" komandaları münasibətlərə aydınlıq gətirəcək. "Ağ-qaralar" 10 xalla beşinci, "Sərhədçi" 12 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən gün "Sabah" NTD-yə qalib gəlib - 94:68. Tura dekabrın 27-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə