İngiltərənin "Arsenal" klubu Premyer Liqada yeni rekord müəyyənləşdirib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, "topçular" buna XVII turda "Kristal Pelas"ı 5:1 hesabı ilə məğlub etməklə nail olub.
2024-cü ildə Mikel Artetanın baş məşqçisi olduğu kollektiv bütün yarışlarda altı səfər matçında 5 və daha çox qol vurub.
Bu, bir təqvim ilində Premyer Liqa klubları üçün rekorddur.
Qeyd edək ki, London təmsilçisi hazırda 33 xalla üçüncü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB