Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub.
SİA xəbər verir ki, son oyun günündə B qrupunda yer alan iki komanda - "Quba" və "Şəki" qarşılaşıb. Görüş ikincilərin 90:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Neftçi"ni (83:72), "Sabah" "Sərhədçi"ni (67:64), "Ordu" "Sumqayıt"ı (115:81), "Gəncə" "Lənkəranı" (94:66), "Abşeron" isə NTD-ni (89:75) məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə