Alman klubu baş məşqçi ilə yollarını ayırıb

Alman klubu baş məşqçi ilə yollarını ayırıb

Almaniyanın "Hoffenhaym" komandası baş məşqçisi Pelleqrino Matarazzo ilə yollarını ayırıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi uğursuz nəticələrə görə ABŞ-dan olan 46 yaşlı mütəxəssislə vidalaşıb. Onu bu vəzifədə müvəqqəti olaraq Frank Frelinq ilə Benjamin Hübner əvəzləyəcəklər.

"Hoffenhaym" Bundesliqada 9 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə