Naxçıvanda 100 illik yubileyə həsr olunmuş boks birinciliyinin qalibləri müəyyənləşib - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş böyüklər və gənclər arasında boks birinciliyinin qalibləri müəyyənləşib. SİA xəbər verir ki, ilk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə təltif olunub.

Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov və digərləri təqdim edib.

Kamal Məmmədov (48 kq), Ucal Musayev (51 kq), Talıb Hüseynov (54 kq), Fikrət Abbaslı (57 kq), Ruhin Səfərov (60 kq), Uğur Əliyev (63,5 kq), Əsgər Heydərov (67 kq), Sənan Kazımlı (71 kq), Nazim Abazərli (75 kq), Devid Oloboye (80 kq), Kənan Allahverdiyev (86 kq) və Əkbər Qənbərli (+92 kq) müvafiq kateqoriya və çəki dərəcələri üzrə birinci yerə layiq görülüblər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin Naxçıvan Boks Federasiyası ilə birgə təşkil etdiyi yarışa şəhər və rayonlardan ümumilikdə 70-ə yaxın boksçu qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə