Azərbaycan abilimpiyaçıları beynəlxalq turnirdə mübarizə aparırlar

Rusiyanın paytaxtı Moskva şəhərində “Abilimpiks Beynəlxalq Açıq Çempionatı”nın açılış mərasimi keçirilib. Azərbaycan Abilimpiya Federasiyasından (AAF) SİA-ya verilən məlumata görə, ilk yarış günündə Azərbaycanın üç abilimpiyaçısı çıxış edib. Dərzilik peşəsi üzrə Günel Bağırova və Oruc Salehov, toxuculuq peşəsində isə Fəridə Rufullayeva mübarizəyə başlayıb.

Azərbaycan bu yarışda 10 abilimpiyaçı ilə təmsil olunur.

Qeyd edək ki, yarışlara oktyabrın 29-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə