"Sumqayıt"ın basketbolçusu yeni mövsümə hazırlıqları dəyərləndirib

"Sumqayıt" klubunun basketbolçusu Sadettin Donat yeni mövsümə hazırlıqları dəyərləndirib. SİA-nın məlumatına görə, Azərbaycan mlllisində də çıxış edən 23 yaşlı basketbolçu Sumqayıt təmsilçisinin mətbuat xidmətinə açıqlamasında qarşıya qoyulan məqsədlərdən danışıb.

O, komandanın yer aldığı B qrupunda 1-ci pilləni hədəflədiklərini söyləyib:

“Azərbaycanda ilk mövsümümü keçirəcəyəm. Hazırda “Sumqayıt” məşqlərini davam etdirir. Taktiki məşğələlər keçirik, oyunçular bir-birini tanımağa çalışırlar. Baş məşqçimiz bizə çox kömək edir. Yeni komandayıq, hələ sıralarımıza qoşulanlar da olacaq. Fikrimcə, gündən-günə daha yaxşı olacağıq. Çempionatın startına qədər iki hazırlıq oyununda qüvvəmizi sınayacağıq. Hədəflərə gəlincə, öz qrupumuzda 1-ci yeri tutmaq və pley-offa vəsiqə qazanmaq istəyirik”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə