İtaliya A Seriyası: "Napoli" liderliyə yüksəlib

Futbol üzrə İtaliya A Seriyasında VI turun oyunları davam edir. SİA xəbər verir ki, çempionluq mübarizəsi aparan "Napoli" doğma meydanda autsayder "Monza" ilə qarşılaşıb. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Matteo Politano və Xviça Kvaratsxeliya vurublar.

Bu nəticədən sonra xallarını 13-ə çatdıran "Napoli" 1-ci pilləyə yüksəlib. "Monza" isə 3 xalla 19-cu sırada qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə