"Barselona" və daha dörd klub Tomas Parteylə maraqlanır

"Barselona" "topçular"la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq "Arsenal"ın 31 yaşlı yarımmüdafiəçisi Tomas Parteylə maraqlanan beş klubdan biridir.

SİA-nın əldə etdiyi məlumata görə, 2020-ci ilin payızında "Arsenal"a keçdiyi qanalı futbolçunun xidmətində onun keçmiş klubu "Atletiko Madrid" də maraqlıdır.

"Yuventus", Səudiyyə Ərəbistanının "Əl-Hilal" və "Əl-Əhli" də Parteyin gələcəyini izləyirlər.

Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə üç matçda iştirak edib və bir qol vurub.

Transfermarkt portalında verilən məlumata görə, 31 yaşlı futbolçunun bazar dəyəri 18 milyon avrodur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə