Azərbaycan millisinin basketbolçusu karyerasını bitirib

Azərbaycan millisinin basketbolçusu karyerasını bitirib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığmasının üzvü Mersedes Volker karyerasını başa vurub. Azərbaycan Basketbol Federasiyasından SİA-ya verilən məlumata görə, 2015-ci ildən milli komandanın üzvü olan oyunçu bu idman növü ilə vidalaşmaq qərarına gəlib.

O, son oyununu Vyanada Avropa Kuboku çərçivəsində Avstriya seçməsinə qarşı keçirib. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Mersedes Volker “Paris-2024” Yay Olimpiya Oyunlarında da yığmanın formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə