Norveçli idmançı 28 illik dünya rekordunu yeniləyib

Norveçli idmançı 28 illik dünya rekordunu yeniləyib

İkiqat olimpiya çempionu, 23 yaşlı norveçli Yakob İnqebriqtsen Sileziyada (Polşa) keçirilən Brilyant Liqasının yarışında qalib olub. SİA xəbər verir ki, İnqebriqtsen 3 min metr məsafəni 7 dəqiqə 17,55 saniyəyə qət edib və bununla da keniyalı Daniel Komenin 1996-cı ildə qeydə alınan rekordunu (7 dəqiqə 20,67 saniyə) yeniləyib.

Inqebriqtsen 1500 metr məsafədə 2020-ci il Olimpiya çempionu, 5 min metr məsafədə Paris Olimpiadasının çempionu, eyni məsafədə 2022 və 2023-cü illərdə dünya çempionu, altıqat Avropa çempionu və yüngül atletika üzrə beşqat Avropa çempionudur.

Bütün xəbərlər Facebook səhifəmizdə