...“Real Madrid”in cinah oyunçusu Vinisius Junior karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək təklifi barədə düşünmək üçün bu mövsümün sonuna qədər vaxt ayırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri ESPN yayıb.
Mənbənin məlumatına görə, Vinisiusun nümayəndələri Los Blankosun rəhbərliyinə məlumat veriblər ki, braziliyalı futbolçu hazırda klubu ilə 2027-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmaqda maraqlı deyil, çünki o, komandadan potensial gedişi nəzərdən keçirməlidir.
Bundan əvvəl mediada Səudiyyə klublarından birinin Vinisiusa illik 350 milyon avro maaş təklif etdiyi barədə məlumatlar yayılmışdı.
...24 yaşlı hücumçunun təzminat məbləği 1 milyard avrodur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB