UEFA Konfrans Liqası: “Omoniya" - “Zirə” oyununda ikinci qol vurulub - YENİLƏNİB
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüşdə ikinci qol vurulub.
SİA xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşmanın 34-cü dəqiqəsində rəqibin heyətində Vili Semedo penalti zərbəsini dəqiq yerinə yetirib - 2:0.
Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcək.
21:18
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüşdə hesab açılıb.
SİA xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşmanın 13-cü dəqiqəsində rəqibin heyətində Amin Xammas fərqlənib.
Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcək.
21:01
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüş başlayıb.
SİA xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşma saat 21:00-da start götürüb.
Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.
Komandalar arasında cavab matçı bir həftə sonra Bakıdakı “Liv Bona Dea Arena”da oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB