"Olimpiadaya Azərbaycanı layiqincə təmsil etmək üçün gəlmişdik"

Buraya Azərbaycanı layiqincə təmsil etmək üçün gəlmişdik. Düşünürəm ki, işimizin öhdəsindən gəldik. Nəticədən razıyam.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri açıqlamasında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının baş məşqçisi Siana Vasileva “Paris-2024” Yay Olimpiya Oyunlarının final mərhələsində çıxışları barədə danışarkən deyib.

O, düzgün yolda olduqlarını bildirib: “Ötən olimpiadada finala çıxmamışdıq. Bu dəfə isə nəinki finala yüksəldik, həm də 5-ci yeri tutduq. Özümüzdəki inkişafı görürəm”.

Qeyd edək ki, qrup hərəkətləri komandamız yarışı 5-ci pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə