“Real” bir gün öncə aldığı futbolçunu ərəblərə satdı

"Real”ın bir müddət əvvəl “Espanyol”dan aldığı hücumçu Xoselu “Əl-Qarafa”ya keçib. SİA xəbər verir ki, bu barədə Qətər klubunun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçunun müqaviləsi 2 illikdir, amma daha bir mövsüm uzadılması mümkündür.

“Klubun rəhbərliyi sövdələşmənin uğurla başa çatmasına zəmin yaradan əla əməkdaşlığa görə “Real” rəhbərliyinə minnətdarlığını bildirir”, – deyə məlumatda deyilir.

“Real” Xoselunun transferi üçün 1,5 milyon avro ödəyib və eyni məbləğə ispaniyalını “Əl-Qarafa”ya satıb.

Bütün xəbərlər Facebook səhifəmizdə