Rəqibini dişləyən döyüşçünün cəzası açıqlandı

Nevada Ştat Atletika Komissiyası (NSAC) keçmiş UFC döyüşçüsü İqor Da Silvanı ağır cəzalandırıb. SİA “Sherdog”a istinadən xəbər verir ki, martın sonunda UFC Vegas 89 turnirində braziliyalı həmyerlisi Andre Limaya qarşı döyüşdə rəqibini biseps nahiyəsindən dişləyib. Buna görə döyüşdən diskvalifikasiya edilib. Daha sonra isə təşkilatdan qovulub. 21 yaşlı Da Silva dekabrın 23-nə qədər döyüşlərdən uzaqlaşdırılıb və 2000 dollar cərimə olunub.

Qeyd edək ki, o, 2023-cü ilin sentyabrında UFC-də müqavilə imzalamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə