Aerobika gimnastikası üzrə ölkə çempionatına yekun vurulub - FOTOLAR

Aerobika gimnastikası üzrə ölkə çempionatına yekun vurulub - FOTOLAR

Neftçalada aerobika gimnastikası üzrə ölkə çempionatına yekun vurulub. SİA xəbər verir ki, Neftçala Olimpiya İdman Kompleksində keçirilən yarışda “Ocaq Sport” Klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 31 idmançı medallar uğrunda mübarizə aparıb.

Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış ediblər.

Çempionatın sonunda yeniyetmələr (2010-2012-ci il), gənclər (2007-2009-cu il) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyalarında qalib gələn idmançılara medal, diplom və hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə