"Lill" klubunun futbolçusu infarkt keçirib

"Tottenhem" klubunun sabiq futbolçusu, "Lill" klubunda icarə əsasında çıxış edən Nabil Bentaleb infarkt keçirib. SİA xəbər verir ki, bu barədə "Lill" klubunun rəsmi saytında məlumat paylaşılıb.

Bildirilib ki, əlcəzairli yarımmüdafiəçi özünü narahat hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib və daha sonra onun infarkt keçirdiyi məlum olub.

Qeyd edək ki, 29 yaşlı Nabil Bentaleb bu mövsüm çıxdığı 34 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə