Messisiz "İnter Mayami" doqquz oyunçu ilə qələbə qazandı

MLS-in növbəti turunda "Filadelfiya Yunion" "İnter Mayami"ni qəbul edib. SİA xəbər verir ki, Çesterdə "Subaru Park" stadionunda baş tutan görüş qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "İnter Mayami" qələbə qolunu əlavə olunmuş vaxtın dördüncü dəqiqəsində, doqquz futbolçu ilə oynayarkən vurub. Belə ki, 69-cu dəqiqədə qonaqların heyətində David Ruiz, 84-cü dəqiqədə isə Tomas Aviles meydandan qovulub.

Bu görüşdə hücumçular Lionel Messi və Luis Suares iştirak etməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə