Azərbaycanın basketbol millisi təsnifat mərhələsində finala yüksəlib
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxıb.
SİA xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə qadın yığmamız Malta seçməsi ilə qarşılaşıb.
Rəqibinə 15:10 hesabı ilə qalib gələn milli komanda finala vəsiqə qazanıb.
Azərbaycan kollektivinin həlledici mərhələdəki rəqibi Lüksemburq - Kipr cütünün qalibi olacaq. Final matçı Bakı vaxtı ilə saat 21:50-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB