Hans-Diter Flik "Barselona"ya təyinatını şərh edib

"Barselona"nın yeni baş məşqçisi Hans-Diter Flik təyinatını şərh edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, o deyib: “Barselona” ilə müqavilə imzalamaq və bu böyük klubda işləmək mənim üçün şərəfdir. Mən həqiqətən işə başlamağı səbirsizliklə gözləyirəm. Bu, inanılmaz komandadır. “Bavariya” ilə bir neçə titul qazandım. “Barselona” ilə eyni yolu getmək istəyirəm. Biz birlikdə çox şeyə nail ola bilərik, ən vacibi budur.

Hamı bu klubu sevir və uğur qazanmaq üçün əlindən gələni edir. "Barselona"nın fəlsəfəsi tamamilə mənim fəlsəfəmə uyğundur: topa sahib olmaq, hücum futbolu. Bunlar mənim xoşuma gələn cəhətlərdir".

Qeyd edək ki, Flik Kataloniya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə