“İnter Mayami”nin futbolçusu Lionel Messi daha bir reklam kampaniyasının siması olub. SİA xəbər verir ki, 36 yaşlı futbolçu “Adidas F50” idman ayaqqabısının reklamında iştirak edib.
Butsların təqdimatı mayın 21-də baş tutub. Messi sözügedən modeli “İnter Mayami”nin və Argentina millisinin matçlarında geyinəcək.
Təqdimat fotosunda formula 1 avtomobilinin olması diqqət çəkib. Avtomobil argentinalının əlində tutduğu idman ayaqqabıları ilə eyni rəngdə olub. Messi “İnstaqram” səhifəsində “axtardığım sürətli avtomobili tapdım” sözlərini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB