"Real"ın futbolçusu Eder Militao və "Flamenqo"nun müdafiəçisi Leonardo Pereyra sevgililərini dəyişmək qərarına gəliblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Militao ötən il qızı Sesiliyanı dünyaya gətirən Karolina Lima ilə ayrılıb. İndi Lima xoşbəxtliyini yuxarıda adı çəkilən Braziliya klubunun ulduzu ilə tapıb. Cütlük münasibətini göstərməkdən çəkinmir.
Bu arada Militao ruhdan düşməyib. Madrid klubunun mərkəz müdafiəçisi Pereyranın keçmiş həyat yoldaşı Taina Kastro ilə münasibət qurub. "Kral Klubunun" futbolçusu sosial şəbəkələrdə onunla keçirdiyi vaxtdan görüntülər paylaşıb və "Mənim ideal cütlüyüm" sözlərini yazıb.
Qeyd edək ki, Taina və Pereyranın keçən ilin iyulunda boşandığı bildirilir. Lakin oyunçu bunu yalnız oktyabrda açıqladı. Keçmiş cütlüyün iki övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB