Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

Azərbaycan Basketbol Liqasında növbəti finalçı müəyyənləşib.

SİA xəbər verir ki, “Xəzri” və “NTD-İndiqo” komandaları yarımfinalda ikinci dəfə üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində oynanılan görüş birincilərin 86:81 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk görüşdə də rəqibini üstələyən "Xəzri" finalda "Sabah"la qarşılaşacaq. Komandalar arasında ilk matç mayın 16-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə