PSJ-nin azarkeşləri buna görə Kilian Mbappeni günahlandırıblar

PSJ-nin azarkeşləri “Borussiya Dortmund”la görüşdəki məğlubiyyətə görə Kilian Mbappeni günahlandırıblar. SİA xəbər verir ki, gecə keçirilən görüşdə “Borussiya Dortmund”a məğlub olan PSJ azarkeşləri klub rəhbərliyini və futbolçuları istefaya səsləniblər.

Mövsümün sonunda “Real Madrid”ə keçəcəyi dəqiqləşən Kilian Mbappe isə azarkeşlərin əsas hədəfinə çevrilib. Fransalı futbolçu isə məğlubiyyətin ardınca hər kəsdən üzr istəyib.

Qeyd edək ki, PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi isə istefa şüarları səsləndirən azarkeşləri axmaq adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə