“”Prezident Kuboku-2024" beynəlxalq turniri hər bir idmançı üçün yaxşı təcrübədir” - İspan millisinin baş məşqçisi

“”Prezident Kuboku-2024"də iştirak etmək hər bir idmançı üçün yaxşı təcrübə olacaq”. SİA xəbər verir ki, bu sözləri avarçəkmə üzrə İspaniya millisinin baş məşqçisi Alberto Korominas Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2024" beynəxalq turniri barədə jurnalistlərə açıqlamasında deyib.

Məşqçi bu yarışda iki bürünc medal qazandıqları üçün xoşbəxt olduğunu bildirib: “Prezident Kuboku-2024" beynəlxalq turniri burada iştirak edən hər bir idmançı üçün yaxşı təcrübədir. İnanıram ki, bu reqatada istədiyimiz nəticəni əldə edəcəyik".

Korominas ikinci dəfədir "Prezident Kuboku-2024" turnirində iştirak etdiklərini bildirərək təşkilatçılığın möhtəşəm olduğunu qeyd edib: “Burada olmaq bizi sevindirir. Ötən ildən fərqli olaraq, yarışa qatılan ölkələrin sayında artım var. Bu da onu göstərir ki, ildən-ilə yarışa olan maraq artır".

Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatası mayın 3-dək davam edəcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə