Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib

Azərbaycanın minifutbol yığması Monteneqroda təşkil olunan beynəlxalq turnirdə iki oyun keçirib. SİA-nın federasiyanın mətbuat xidmətinə istinadən məlumatına görə, Avropa çempionatına hazırlaşan Elşad Quliyevin baş məşqçisi olduğu komanda ilk matçda dünya çempionu Rumıniyaya uduzub - 0:1.

Təmsilçimiz ikinci qarşılaşmada Bosniya və Herseqovinanı 6:0 hesabı ilə üstələyib. Bu görüşdə rəqib qapısına Mirkamil Əliyev, Təmkin Xəlilzadə, Ağaseyid Qasımov, Təmraz Əmircanov, Ramiz Çovdarov və Kamran Qürbətov yol tapıblar.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Monteneqro ilə münasibətləri aydınlaşdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə