Messi karyerasında 1 200 qolun vurulmasında yaxından iştirak edib

ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Lionel Messi karyerası ərzində 1 200 qolun vurulmasında yaxından iştirak edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı hücumçu MLS çempionatında "İnter Mayami"nin səfərdə "Nyu-İnqlend Revolyuşn"ı 4:1 hesabı ilə məğlub etdiyi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, Argentina millisinin üzvü meydana çıxdığı 1 057 matçda 832 qol vurub və 368 assist edib.

Bütün xəbərlər Facebook səhifəmizdə