Yarımfinal görüşlərinin başlama saatları

Futzal üzrə Azərbaycan kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb. SİA Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki qarşılaşma aprelin 25-də baş tutacaq.

İlk olaraq saat 15:00-da “Neftçi” İK və “Baku Fire” kollektivləri güclünü müəyyənləşdirəcəklər. 18:00-da isə “Araz Naxçıvan” – PFL görüşü baş tutacaq.

Qeyd edək ki, hər iki oyun Bakı İdman Sarayında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə