Onlar "Real"a qarşı oynamayacaqlar...

Onlar "Real"a qarşı oynamayacaqlar...

“Mançester Siti”nin iki müdafiəçisi Çempionlar Liqasının 1/4 final mərhələsinin "Real"la ilk oyunun siyahısına daxil edilməyib.

SİA Qol.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçinin müdafiəçiləri Kayl Uoker və Natan Ake Madrid klubuna qarşı oynamayacaqlar.

Qeyd olunur ki, Ake bugünki məşqdə iştirak etməyib. K. Uoker isə fərdi proqram üzərində işləyib.

Xatırladaq ki, “Real” – “Mançester Siti” qarşılaşması sabah keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə