“Qalatasaray” doğma meydanda qələbəyə sevinib

Futbol üzrə Türkiyə Superliqasında 31-ci tura start verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, "Qalatasaray" doğma meydanda “Hatayspor”u 1:0 hesabı ilə məğlub edib. Matçda yeganə qolu Mauro İkardi vurub. Bu qələbədən sonra xalını 84-ə yüksəldən “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. "Cim-bom" əzəli rəqibi “Fənərbağça”nı 5 xal qabaqlayır.

Günün digər oyunlarında isə “Rizəspor” səfərdə “İstanbulspor”un qapısından 4, “Alanyaspor” isə “Qaziantep”in qapısından 3 cavabsız qol keçirib. "Antalyaspor" - "Ankaragücü" matçı qollu heç-heçə ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə