Premyer Liqa: “Səbail”-“Turan Tovuz” oyunu heç-heçə ilə başa çatıb

Premyer Liqa: “Səbail”-“Turan Tovuz” oyunu heç-heçə ilə başa çatıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

SİA xəbər verir ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Səbail” və “Turan Tovuz” komandaları “ASCO Arena”da üz-üzə gəliblər. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Matçda hər iki qol ilk hissədə vurulub. Hesabı 21-ci dəqiqədə meydan sahiblərinin heyətində Pedro Nunu açıb. Birinci yarının əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə qonaqlar Fərid Nəbiyevin penaltidən vurduğu qolla hesabı bərabərləşdiriblər.

Bu nəticədən sonra “Səbail” xallarını 38-ə, “Turan Tovuz” isə 36-ya yüksəldib. Komandalar turnir cədvəlində, müvafiq olaraq, 6-7-ci yerləri bölüşdürürlər.

Günün son matçında “Zirə” “Sabah”ın qonağı olacaq.

Qeyd edək ki, ilk oyun günündə “Neftçi” səfərdə “Qəbələ”ni 1:0, “Qarabağ” isə “Kəpəz”i 6:1 hesabı ilə məğlub edib. Tura martın 31-də keçiriləcək “Sumqayıt” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə