Brazilyalı furbolçu azadlığa buraxılıb

Brazilyalı furbolçu azadlığa buraxılıb

Braziliya millisinin və İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Dani Alveş 14 aydan sonra həbsxanadan çıxıb. SİA xəbər verir ki, 40 yaşlı keçmiş müdafiəçi 1 milyon avronu toplaya bilib və onu girov kimi ödəyib.

Martın 20-də Barselona məhkəməsi Alveşin girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüzdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə