“Zirə” Araz Abdullayevi transfer edib

“Zirə” yeni futbolçu ilə anlaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, “qartallar” Araz Abdullayevi heyətinə qatıb. 31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın “Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Lapi” klublarının şərəfini qoruyub. Araz Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 dəfə fərqlənməyi bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə