"Bavariya” mövsümün sonunda baş məşqçi postuna Joze Mourinyonu gətirə bilər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Münhen klubu portuqaliyalı mütəxəssisin xidmətində maraqlıdı.
Almanların direktoru Maks Eberl bununla bağlı yayılan xəbərlərə münasibət bildirib: “Təbii ki, hazırda işsiz olan məşqçiləri də nəzərdə saxlayırıq. Joze alman dilini öyrənir? Bu barədə heç nə bilmirəm”.
Qeyd edək ki, Joze Mourinyo son olaraq 2021-ci ildən bu ilin yanvarına qədər “Roma”nı çalışdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB