Azərbaycan gimnastika millisinin Dünya Kuboku üçün heyəti açıqlanıb
Azərbaycan gimnastika millisinin Niderlandın Alkmaar şəhərində keçiriləcək batut gimnastikası üzrə Dünya Kuboku üçün heyəti açıqlanıb. SİA-nın Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, mötəbər yarışda 4 gimnast mübarizə aparacaq.
Bunlar Selcan Mahsudova, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyevdir. Dünya Kuboku martın 13-14-də təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB