Premyer Liqa: "Sabah" evdə “Araz-Naxçıvan”ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, günün ikinci qarşılaşmasında “Sabah” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib.

“Bank Respublika Arena”da oynanılan matç paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 54-cü dəqiqədə Emmanuel Apeh, 90+7-ci dəqiqədə Kahim Parris vurublar.

Bu nəticədən sonra xallarının sayını 34-ə yüksəldən "bayquşlar" beşinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi isə 31 xalla səkkizinci sırada qalıb.

Qeyd edək ki, günün ilk görüşündə "Zirə" və “Turan Tovuz” komandaları arasında qalib müəyyənləşməyib - 1:1. Tura sabah keçiriləcək “Qəbələ” – “Səbail” və “Neftçi” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə