"İdman Filmlər və Proqramları Milli Televiziya Festivalı"nın mətbuat konfransı keçirilir - YENİLƏNİR - FOTOLAR
Milli Olimpiya Komitəsinin təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın münsiflər heyətinin mətbuat konfransı keçirilir. SİA xəbər verir ki, konfransda münsiflər heyətinin üzvləri MOK və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, ssenarist Oleq Səfərəliyev, "Bakılı oğlanlar" komandasının üzvü, rejissor, prodüser Ənvər Mansurov, "Vətən" Uşaq Yaradıcılıq Mərkəzinin təsisçisi Zəhra Quliyeva, Əməkdar jurnalist Xanlar Məmmədov, festivalın baş prodüseri, Avrasiya Televiziya və radio Akademiyasının akademiki Arzu Qulamov iştirak edirlər.
MOK-un təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi də bu sahədə böyük əhəmiyyət daşıyır.
Bu festival ölkənin əhəmiyyətli və ən parlaq idman və mədəniyyət tədbirlərdən biri olmaqla yanaşı, ilk idman filmləri və televiziya proqramları müsabiqəsidir.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB