Gəncə Futbol Akademiyasının açılış tarixi müəyyənləşib

Gəncə Futbol Akademiyasının açılış tarixi müəyyənləşib

Gəncə Futbol Akademiyasının açılış tarixi müəyyənləşib. AFFA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, akademiyanın binası yanvarın 11-də istifadəyə veriləcək.

Həmin gün saat 14:00-da bununla bağlı tədbir keçiriləcək. Açılışda AFFA prezidenti Rövnəq Abdullayev, milli assosiasiya rəsmiləri, eləcə də Gəncə futbol ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Gəncə Futbol Akademiyası AFFA-nın dəstəyi ilə inşa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə