Komandalar oyuna çıxmaqdan imtina ediblər

Komandalar oyuna çıxmaqdan imtina ediblər

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Qalatasaray”la “Fənərbaxça” arasında oynanılması gözlənilən “Turkcell Superkubok” matçı elan edilən saatda başlamayıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, komandalar stadiona çıxmaqdan imtina ediblər. Ər-Riyaddakı oteldə Türkiyə Futbol Federasiyası rəhbərliyi və klub prezidentlərinin görüşü davam edir.

Türkiyə Futbol Federasiyasının və klubların rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlamalı idi.

Bütün xəbərlər Facebook səhifəmizdə