"Neftçi"nin futbolçusu Ervin Koffi Misli Premyer Liqasının 16-cı turunda "Turan Tovuz"a 3:2 hesabı qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, QOL.az saytına açıqlamasında qələbə qazandıqları üçün şad olduğunu deyib: "Fikrimcə, yaxşı oyun idi, çünki qalib gəldik. Hər gün buna görə çalışırıq. İki qol buraxsaq da, 3-cü yerə qayıda bildik, buna görə şadam."

Sağ cinah müdafiəçisi gələcək planları haqqında da danışıb: "Mən buradayam və burada olmağıma xoşbəxtəm. Başqa yerə getmək istəmirəm. Düşünürəm ki, yaxşı komandamız var və hər gün daha da yaxşı olmağa çalışırıq."

Bütün xəbərlər Facebook səhifəmizdə