A Seriyasında 14-cü tura start verilib. SİA xəbər verir ki, turun açılış matçında “Monza” “Yuventus”u qonaq edib.
Ev sahibləri qapılarından buraxdıqları iki topdan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 1:2.
Bu nəticədə “Qoca sinyora”ya oyun sayındakı üstünlük hesabına olsa belə, çempionatda liderliyə yüksəlməyə imkan verib.
Hazırda “Yuventus”un aktivində 33 xal var. “Monza” isə 18 xalla onuncudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB