"Qarabağ" Norveçə bir itki ilə yollanıb

Qarabağ" Norveçin "Molde" klubu ilə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunu üçün səfərə yollanıb. SİA xəbər verir ki, Ağdam təmsilçisi bir qədər əvvəl çarter reysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Yalnız qapıçı Amin Ramazanov zədə səbəbindən kollektivlə birgə səfər matçına yollanmır. Komanda Qurban Qurbanovun rəhbərliyi altında oyun günü son məşqini keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə