Azərbaycanlı karateçi Nəzrin Hacıyeva dünya çempionatının qalibi olub

Azərbaycan Karate Federasiyasının idmançısı Nəzrin Hacıyeva kyokuşin karate üzrə dünya çempionatının qızıl medalını qazanıb. SİA xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən yarışda mübarizə aparan təmsilçimiz yeniyetmələr arasında -45 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib. İdmançımız Nəzrin Hacıyeva bu ilin may ayında Varşavanın Varna şəhərində keçirilən Qran Pri yarışının qalibi olub.

Qeyd edək ki, komandamız yarışa Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə